TOP 10

ÇL-də cari mövsümün son püşkü atıldı

Dünya Futbolu
Tarix: 2020-07-10 15:00

Bu gün UEFA Çempionlar Liqasında 2019/20 mövsümünün sonuncu püşkatması keçirilib. Sport24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 14:00-da start götürəcək mərasimdə 1/4 final və yarımfinal mərhələlərində üz-üzə gələcək cütlüklər müəyyənləşib. Qaydaya görə, püşkatmada eyni ölkə təmsilçiləri bir-birilərinə rəqib ola bilərdi. 

 

1. "Mançester Siti" (İngiltərə) / "Real Madrid" (İspaniya) cütünün qalibi - "Yuventus" (İtaliya) / "Lion" (Fransa) cütünün qalibi

 

2. "Leyptsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

 

3. "Barselona" (İspaniya) / "Napoli" (İtaliya) cütünün qalibi - "Bavariya" (Almaniya) / "Çelsi" (İngiltərə) cütünün qalibi

 

4. "Atalanta" (İtaliya) - PSJ (Fransa)


18-19 avqust

Yarımfinal

1 cütünün qalibi - 3 cütünün qalibi

2 cütünün qalibi - 4 cütünün qalibi
 

1/8 finalın təxirə salınan cavab matçlarında "Mançester Siti" "Real"ı (ilk oyun -2:1), "Yuventus" "Lion"u (ilk oyun - 0:1), "Barselona" "Napoli”ni (ilk oyun 1:1), "Bavariya" isə "Çelsi"ni (ilk oyun -3:0) qəbul edəcək.


Qeyd edək ki, 1/8 finalın cavab matçları meydan sahiblərinin meydanında, 1/4 finaldan etibarən bir görüşdən ibarət olacaq oyunlar isə Portuqaliyada keçiriləcək. Final abqustun 25-də olacaq. 
 


 

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB