TOP 10

AFFA İcraiyyə Komitəsi Canni de Byazini seçdi - xüsusi şərtlər təklif olunacaq

Futbol
Tarix: 2020-07-10 16:52

Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfransı baş tutub. Sport24.az xəbər verir ki, iclasda Cianni de Byazi ilə danışıqların davam etdirilməsi qərara alınıb.


Toplantında İK-nın 13 üzvünün hamısı iştirak edib. COVİD-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalanmasına qərara alınıb. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilməsinə (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə) qərar verilib. Belə ki, AFFA-nın ali orqanın səkkiz üzvü de Byaziylə danışıqların davam etməsinin lehinə, beşi əleyhinə səs verib. 

 

İtaliyalı mütəxəssis koronavirus pandemiyası ilə əlaqəli xüsusi şərtlər üzrə müqavilə bağlamağa dəvət olunacaq. Mövcud durum yaxın gələcəkdə vəziyyətin yaxşılaşacağına zəmanət vermir. Məhz bu detallar 66 yaşlı italiyalı mütəxəssislə müzakirə ediləcək.

 

İclasda bu da qərara alınıb ki, Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunsun. O, son olaarq xorvatiyalı baş məşqçi Nikola Yurçeviçin köməkçisi idi. 

 

Qeyd edək ki, AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.


 

 

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB