TOP 10

Qurbanov üçün 90 dəqiqə və 1 xal

Dünya Futbolu
Tarix: 2020-07-09 23:18

Futbol üzrə Gürcüstan çempionatında 5-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda “Çixura” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.


Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə iki qola imza atan futbolçu bu dəfə fərqlənə bilməyib.


5 turdan sonra hesabında 5 xal olan “Samtrediya” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB