TOP 10

"Keşlə"dən "Neftçi"yə qayıdış - RƏSMİ

Futbol
Tarix: 2020-07-09 21:58

“Neftçi” PFK-nın məşqçilər korpusuna yeni təyinat olub. Sport24.az xəbər verir ki, Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək. 


Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.


Qeyd edək ki, 1998-2001-ci illərdə "Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandanın baş məşqçisi olmuş Nuriyev "İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də "Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və "Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB