TOP 10

“Liverpul”un futbolçuları üçün əlamətdar oyun

Dünya Futbolu
Tarix: 2020-07-09 19:30

İngiltərə Premyer Liqasının 34-cü turunda “Liverpul”un “Brayton”a 3:1 hesabı ilə qalib gəldiyi oyun meydan sahiblərinin futbolçusu Cordan Hendersonla Ceyms Milner üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, Henderson Premyer Liqada 350-ci oyununu keçirib. Bu oyunlarda o, 31 qolla yadda qalıb. Henderson “Liverpul”dan başqa, “Sanderlend” və “Koventri Siti” klublarında da çıxış edib. 30 yaşlı futbolçu 2011-ci ildən “Liverpul”da forma geyinir.


Milnerin 80-ci dəqiqəsində meydana çıxdığı qarşılaşma 34 yaşlı futbolçunun İngiltərə Premyer Liqasında 536-cı oyunu olub. Bu göstərici ilə o, liqada ən çox oyun keçirən futbolçuların siyahısında ilk 5-liyə daxil olub. Milner siyahının 5-ci pilləsində qərarlaşıb.


Çempionat tarixində ən çox oyun keçirən isə Qaret Barridir. O, ümumilikdə 653 oyun keçirib.

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB