TOP 10

"Sumqayıt" - "kimyaçılar" və ya "əlkimyagərlər"? Sponsor klubun işini qiymətləndirməlidir

Futbol
Tarix: 2020-07-09 16:49

Onlar hələ 2018/19 mövsümündə belə özləri haqqında danışmağa məcbur etdilər. Naxçıvanda son dəfə keçirilən Azərbaycan Kubokunun final matçının kimsənin unutması ehtimalı azdır. Fəxri Kubok uğrunda həlledici qarşılaşmada iştirak etmək hüququnun əldə edilməsi "Sumqayıt" üçün tarixi hadisə hesab edildi. Axı, indiyə qədər komanda o qədər yüksək səviyyəyə qalxa bilməmişdi...

 

"Sumqayıt" sizin üçün "Qarabağ" və ya "Neftçi" deyil - büdcələrinə elə sıfırlar qoyulur ki, gözüyumulu daim liderlər sırasında olmaq tələb olunur. Bu klubun büdcəsini heç kimlə müqayisə etmək olmaz - ən minimaldı və təbii ki, klub təvazökar davranmalıdı. Bu büdcəyə diqqət yetirərək Kubokun finalına çıxmağı "təsadüfi uğur" ilə müqayisə etmək olar. Ancaq qəlbən hər şeyin nağıllardakı kimi olmasını arzulamağa dəyər: "Xeyir şərə qalib gəlir". Əlbəttə ki, bu məcazi müqayisədir, onu dəyişdirmək lazımdır - hər şeyi pul həll etmir ...

 

2019/20 mövsümü ərəfəsində komandanın baş məşqçisi Ayxan Abbasov birmənalı şəkildə "Sumqayıt"ın Premyer Liqada yerini qorumaq üçün mübarizə aparacağını bildirdi. "Kimyaçılar"ın prezidenti Riad Rəfiyev diplomatik mövqe tutdu: "Ən yüksək yer tutmaq üçün əlimizdən gələni edəcəyik". Yeri gəlmişkən, bu iki gənc haqqında danışarkən, onların simasina toxunacağıq.
 

Duygusal, eksentrik Abbasov, heç vaxt oyunçularından şikayətlənmir. "Sumqayıt"ın baş məşqçisi üçün hər kəs günahkar ola bilər, amma oyunçulara toxunulmazdır. Komandasının nəticəsinə xəsarət alanların sayı, əlverişsiz hava şəraiti, rəqib komanda ilə müqayisəolunmaz büdcə, hakim səhvləri, taktiki səhvlər təsir edə bilər; onun üçün futbolçular müqəddəsdir! Abbasov istənilən müzakirələrdə  həmişə onları istənilən tənqiddən qoruyur. Bəzən bu, jurnalist psixikasını hədsiz əsəbiləşdirir. Amma Abbasov heç vaxt yetirmələrinin qüsurlarını şərh etməz. Bu, artıq daha sonra, paltardəyişmə otağında və ya matçın analizində 1,64 boyuyla 3 metrlik "montsr"a çevrilməklə ola bilər...
 

Riad Rəfiyev baş məşqçinin tam əksidi. "Sumqayıt"ın prezidenti Abbasovdan 6 yaş kiçikdi. AFFA-dakı təcrübə Rəfiyevə emosiyaların cilovlamağa, bəzən haqsız tənqidi “Avropa təbəssümü"ylə örtməyə imkan verir. Rəfiyevin AFFA-dakı işinə əbəs yerə toxunmadıq. Medalın məhz bu tərəfi - hansında ki menecer işlərini görürdü - ona transfer sahəsində fövqəladə uğurlar göstərməyə imkan verir. Xeyr, klub prezidenti oyunçular gətirmir, ancaq məhz iti gözü ona komandanın baş məşqçisinə ölkə xaricində olan, yüz faiz tutuzduran həmyerlilərimizi təklif etməyə imkan verir. Xatırlayaq. Peyman Babayi, Mehdi Şərifi, Aleksey İsayev, Əmir Ağayev, Cəmaləddin Xocaniyazov, Rəhim Sadıxov - bu futbolçular olan siyahıda heç olmasa birinin adını çəkin ki, "Sumqayıt"ı gücləndirməyib!?

 

Rəfiyev - Abbasov tandemi elektron və proton kimidi. Xarakterləri fərqlidir, ancaq medalın məhz bu tərəfi onları bir-birinə çəkərək möhkəm bir qüvvəyə çevririr. 

 

... "Xeyir şərə qalib gəlir" nağılı 2019/20 mövsümündə də davam etdi. "Sumqayıt" tarixində ilk dəfə olaraq Avropa Liqasında iştirak etmək hüququ qazandı. Bu bayram təkcə komandanın rəhbərliyi və məşqçi heyəti üçün deyil, həm də bütün şəhər üçündü! Belə görünürdü ki, indi işlər "yağ kimi gedəcək". İnsanlar qarşılarına qoymadıqları vəzifəni yerinə yetirdilər. Sadəcə, mövcud olanlardan maksimum yararlanmağa can atdılar. Zaman göstərdi ki, “kimyaçılar"ın ən optimist pərəstişkarlarının təxmin edə bildməiklərini həyata keçirə bildilər.

 

Dünən avrokubok iştirakçılarına məşq üçün rəsmi icazə verildi. Çox gözəl xəbər olardı! Amma!.. "Sumqayıt" üçün deyil. Klub bu günə qədər hara təlim-məşq toplanışına gedəcəyini bilmir. Bilə də bilməz. Axı, komandada hələ də baş məşqçi yoxdur! Üstəlik, futbolçularla müqavilələr yenidən imzalanmayıb. Artıq məlumdur ki, "kimyaçılar"ın düşərgəsində Aleksey İsayev, Mehdi Şərifi və Şəhriyar Əliyev olmayacaq. Onların hər üçü əsas oyunçu idi. Mehdi Cənnətov Dağıstanda, Əmir Ağayev İsraildə. Beləliklə, "Sumqayıt" qarşısında "harada hazırlaşmalı" yox, "kimlə hazırlamaq"  sualı durur.

 

Əlbəttə ki, bu gün çətin dövrdü. Lakin klub sponsoru başa düşməlidir ki, "əriyib gedən" günlər yox, artıq saatlardı. Avropa Liqasında oyuna bir ay yarım qalıb və “Azərkimya” büdcəni artırmaq, legionerləri komandaya cəlb etmək üçün icazə almaq barədə qərarı bugünədək yubadır. Vəziyyət dramatikdir, bütün klublar avrozonada yer almaq arzusunda olduqları halda, "kimyaçılar" inanılmaz bir şey etdilər. İndisə "dağılmış fayton"la qalıblar. Anlamaq lazımdır ki, komanda “kimyaçılar” adlandırılsa da, nə Rəfiyev, nə də Abbasov "əlkimyagər" deyillər. Onlar boş büdcə ilə komandanı gücləndirə bilməzlər. Görüləsi işlər isə çoxdu. Müqavilələrin yenidən imzalanmasını həll etməli, yeni oyunçular tapmalı, komandanı qurmalıdırlar. 

 

Və son olaraq. Kimsə real olmayan bir məqsədə çatmaq üçün gecə-gündüz çalışır, nəhayət, buna nail olur, lakin fayda əldə etmirsə, ikinci dəfə onda bu həvəs olmayacaq.

 

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB