TOP 10

Əmir Ağayev özünü millimiz üçün cəlbedici saymır: "Sumqayıt"ın mənimlə müqavilə müddətini uzatmamasının pandemiya ilə heç bir əlaqəsi yoxdu"

Futbol
Tarix: 2020-07-09 14:18

"Sumqayıt"ın israilli futbolçusu Əmir Ağayev öz ölkəsinin mətbuatına müsahib verib. Sport24.az həmin müsahibəni təqdim edir.

 

- "Sumqayıt"ın ilk dəfə Avropa Liqasına vəsiqə qazanması münasibətilə səni təbrik edirik. Mövsümün əvvəlində bunun alınacağına inanırdın?

- Əlbəttə, Çünki əla komandamız var. Şadam ki, bu nailiyyət bizdə alındı.

 

- Səninlə müqavilənin uzadılmamasına koronavirus səbəb oldu, yoxsa bu, daha çox peşəkar qərar idi?

- Klubun mənimlə müqavilə müddətini uzatmamasının pandemiya ilə heç bir əlaqəsi yoxdur. Yeri gəlmişkən, koronavirus olmasaydı, əminəm ki, keyfiyyət baxımından şəxsi rekordumu yeniləyəcəkdim.

 

- İrəliyə doğru addım atmağa - ölkə xaricində və ya İsraildə oynamağa hazırsan?

- Hazırda Vətəndəyəm. Vəziyyəti təhlil edib, nəyi necə edəcəyimizi düşünürük. Hər zaman hazıram. Amma indi daha təcrübəliyəm. Həyatımda 1-2 hadisə baş verdi ki, mənə çox şey şey öyrətdi.

 

- Azərbaycanda çempionatın səviyyəsi necədir? Liqanın güclü və zəif tərəfləri ənu təəccübləndirdi?

- Hər zaman demişəm ki, liqaların əksəriyyəti eyni səviyyədədir. Təbii ki, ən yaxşı 5-6 çempionatı çıxmaq şərtilə.

 

- Şübhəsiz, ailənin yanında olması Bakıda həyatını asanlaşdırırdı. Orada qalmaq onlar üçün necə idi? Uşaqlarla birlikdə yeni və yad yerə necə uyğunlaşdınız?

- Azərbaycana nisbətən tez uyğunlaşdıq və ora çox xoşuma gəldi. Çünki Bakı həqiqətən möhtəşəm şəhərdir. Düzdür, vətən üçün darıxırdıq. Çünki bu dəfə uzun müddət ayrı qaldıq. Amma karyeram və dolanışıq üçün müəyyən güzəştlərə gedirik.

 

- Sizin üçün yaxşı keçən mövsümdən sonra düşünmürsən ki, İsraildə oynasaydın, yığmaya dəvət alardın?

- Dünyanın istənilən çempionatında oynamağınızdan asılı olmayaraq, özünüzü ən yaxşı tərəfdən göstərməlisiniz. Buna görə də harada çıxış etməyimin fərqi yoxdur. Çempionatın səviyyəsinin etdiklərimə heç bir dəxli yoxdur.

 

- Azərbaycan vətəndaşlığın da var. Bu, yerli yığmaya dəvət almağına kömək edə bilər?

- Azərbaycan millisində neçə nəfərin mənimlə maraqlandığını, oyunumu izlədiyimi bilmirəm. Bu, onlar üçün cəlbedici deyil.

 

- Növbəti mövsümdə özünüz harada görürsən?

- Hələ bilmirəm. Sakit düşünmək üçün kifayət qədər vaxtımız var. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB