TOP 10

"Sabah"dan 6-cı transfer - RƏSMİ

Futbol
Tarix: 2020-07-09 12:36

“Sabah”  heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Bakı təmsilçisi yarımmüdafiəçi Aleksey İsayevi transfer edib.

 

24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

 

İsayev karyerası ərzində Rusiyanın “Yenisey” (2014-17, 2017/18) və “Zenit-2” (2016/17) klublarında çıxış edib. Azərbaycan millisinə də dəvət almış futbolçunun son komandası “Sumqayıt” (2018-2020) olub.

 

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah”, daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev və Slavik Alxasovu heyətinə cəlb edib.

 

Xatırladaq ki, İsayevin müqaviləsi bitəndən sonra "Sabah"a keçəcəyi haqda Sport24.az və Football24.az saytları iyunda xəbər vermişdi. 
 

 

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB