TOP 10

Rıbka Azərbaycanı tərk etdi

Futbol
Tarix: 2020-07-09 12:25

"Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka Vətəninə dönüb. Sport24.az xəbər verir ki, təcrübəli qolkiper bu gün Bakı-Kiyev reysi ilə yola düşüb. Onun səfərində Ukraynanın ölkəmizdəki səfirliyinin də köməkliyi olub. 


Aleksandr artıq evinə çatıb. 33 yaşlı əlcək sahibi Bakıda ailəsindən kənarda idi və aylar sonra nəhayət, yaxınlarını gördü.


Qeyd edək ki, "Səbail"lə Rıbla arasındakı müqavilə gələn ilin may ayının sonunadək qüvvədədir. Qapıçı məşqləri bərpa etməyə icazə verilən kimi komandanın düşərgəsinə dönəcək. Onun klubla anlaşmasının olması dönüşüylə bağlı problem yaratmayacaq. . 

 


 

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB