TOP 10

"Barselona" həmşəhərlilərini Primerodan göndərdi

Dünya Futbolu
Tarix: 2020-07-09 10:30

"Barselona" İspaniya Primerosunda növbəti qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, Kike Setyenin komandası Kataloniya derbisinə təsadüf edən XXXV tur matçında "Espanyol"u minimal hesabla yenib. Yeganə qolu 56-cı dəqiqədə Luis Suares vurub. 

 

Gərgin mübarizə şəraitində keçən qarşılaşmanı hər iki komanda azlıqda bitirməli olub. Belə ki, 50-ci dəqiqədə "Barselona"dan Ansu Fati, 53-cü dəqiqədə isə "Espanyol"dan Pol Losano qırmızı vərəqə alıb. 

 

Bu qələbə sayəsində xalını 76-ya çatdıran "Barselona" lider "Real Madrid"lə xal fərqini minimuma endirib. Lakin "Kral llubu" hələ hesabat turunun "Alaves"lə ev oyununa iyulun 10-da çıxacaq. "Espanyol" isə 24 xalla sonuncu pillədə qalıb və Primeronu tərk edib.

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB