TOP 10

Rəqibini dişləyən futbolçuya 4 oyunluq cəza

Dünya Futbolu
Tarix: 2020-07-09 15:30

İtaliyanın “Latsio” klubunun yarımmüdafiəçisi Patrik Qabarron 4 oyunluq cəzalandırılıb. Sport24.az xəbər verir ki, buna onun A Seriyasının 31-ci turu çərçivəsində “Leççe”yə qarşı keçirdikləri səfər oyunu zamanı rəqib futbolçu Julio Donatini dişləməsi səbəb olub.


“Barselona”nın yetirməsi olan, “Latsio”da 2015-ci ildən çıxış edən ispaniyalı futbolçu 1:2 hesabıyla uduzduqları bu qarşılaşmanın 90-cı dəqiqəsində idmançıya yaraşmayan hərəkətə yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu. 


Artıq İtaliya Futbol Federasiyası 27 yaşlı yarımmüdafiəçini bu hərəkətinə görə 4 oyunluq diskvalifikasiya edib. Qabarron həm də 10 min avro cərimə ödəyəcək.
 

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB