TOP 10

Nağıyevin komandası səfərdən xalsız döndü

Dünya Futbolu
Tarix: 2020-07-09 15:00

Futbol üzrə Moldova çempionatında 2-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
 

Sözügedən komanda səfərdə “Petrokub” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.


Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.


İki turdan sonra 3 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB