TOP 10

Final matçının tarixi bəlli oldu

Dünya Futbolu
Tarix: 2020-07-09 11:30

Futbol üzrə Türkiyə kubokunun final matçının keçiriləcəyi tarix məlum olub. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.


Xəbərdə “Trabzonspor”la “Alanyaspor” arasında baş tutacaq həlledici matçın iyulun 29-da keçiriləcəyi qeyd olunub.


Atatürk Olimpiya Stadionunda baş tutacaq qarşılaşmaya yerli vaxtla saat 21:30-da start veriləcək.


Qeyd edək ki, “Trabzonspor” yarımfinalda “Fənərbaxça”nı, “Alanyaspor” isə “Antalyaspor”u üstələyib.
 

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB