TOP 10

Kamal Quliyev: "Keşlə"də işləməyə razılıq vermişəm"

Futbol
Tarix: 2020-07-08 12:20

"Tərlan Əhmədovdan mənə təklif gəlib. Sağ olsun, Allah onun köməyi olsun". Sport24.az xəbər verir ki, bu fikirləri  Azərbaycan millisi və "Neftçi"nin sabiq futbolçusu Kamal Quliyev deyib.

 

Yeni mövsümdən "Keşlə"də baş məşqçi Tərlan Əhmədovun köməkçisi kimi fəaliyyət göstərəcək mütəxəssis tezliklə həmkarı ilə görüşəcək: "Oturub danışacağıq. Artıq "Keşlə"də işləməyə razılıq vermişəm. Ayın 10-dan yeni işimə başlayacağam".

 

Quliyev bildirib ki, bir müddət futboldan kənar qalmasına baxmayaraq, yenidən sevimli peşəsində çalışmaq onun üçün çətin olmayacaq: "Bu, mənim illərimi verdiyim peşədir. Necə çətin ola bilər? Sadəcə, bir az kənar düşmüşdüm. Sevimli sənətim olduğu üçün heç bir problem yaşamayacağam".

 

Qeyd edək ki, futbolçu kimi "Neftçi"də, 2003/2004 mövsümündə Ukrayna "Volın"ında və Azərbaycan millisində komanda yoldaşları olmuş Tərlan Əhmədovla Kamal Quliyev 2011 - 2013-cü illərdə "ağ-qaralar"da məşqçi kimi çalışıblar (report.az). 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB