TOP 10

Süleymanov "Şalke"nin futbolçusunun agentindən xəbər gözləyir: "Yarmolenkonun meneceri də mənimlə işləmək istəyir, deyir Azərbaycandakından 3 dəfə çox qazanacaqsan"

Futbol
Tarix: 2020-07-09 10:00

Premyer Liqamızda ötən mövsüm 21 yaş limitində oynayan futbolçular arasında bombardir Nicat Süleymanov oldu. Belə ki, U-21 yığmamızın yarımmüdafiəçisi icarədə oynadığı "Zirə"nin heyətində 4 qol vurdu. Nicat buna iki dubl etməklə nail olaraq, bu göstəricidə də fərqləndi. Ancaq Süleymanovun mövsüm bitəndən sonra "Zirə"ylə də icarə müqaviləsi uzadılmadı, üstəlik, "Qarabağ"da onunla anlaşmanı pozdu. Futbolçu Sport24.az-a müsahibəsinə hazırda azad agent kimi özünə yeni klub axtardığını, xaricdən təklif gözlədiyini söyləməklə başlayıb.  

 

- Azərbaycandan bir təklif vardı, hələ ki açıq qalıb. Belədə ki, xaricdə bir agent var, ondan xəbər gözləyirəm.

 

- Maraqlıdı, kimdi o?

- Fazil Özdəmir, tanınmış türkiyəli agentdi. F-F SPORT agentlik şirkəti var. "Şalke"nin və Türkiyə yığmasının müdafiəçisi Ozan Kabakın meneceridi. Bu qış fasiləsində "Zirə"ylə Antalyada təlim-məşq toplanışında olduğum zamanı onunla müqavilə imzalamışam. Həmin vaxt məni görüb bəyənmişdi. Tanış olduq, danışdıq, sonradan sənəd göndərdi, onunla 2 illik müqavilə imzaladım. "Ürmaniyəspor"la yoxlama matçdan 5-6 gündən sonra işbirliyimizi rəsmiləşdirdik. Türkiyədə mövsümün bitməsinə 4-5 oyun qalıb, gözləyirəm. Bu arada Ukraynadan da mənə bir agent yazdı ki, səninlə əməkdaşlıq etmək istəyirəm. O da öz ölkəsində tanınmış menecerdi  - Oleq Yarmolenko, Yaroslav Rakitski, Ruslan Malinovskinin agentidi. 

 

- O, sənə hansı təklifini etdi?

- Dedi ki, gəl, ya bu ayın sonunda, ya da gələn ayın əvvəlində səninlə müqavilə bağlayaq. Mənə fikrini söylədi ki, sənə qarantiya verirəm, yüz faiz bura gətirirəm, ya Ukraynada, ya da Belçikada sənə bir klub tapacam. Mən də türkiyəli agentimə belə bir variantın olduğunu söylədim. Cavabı bu oldu ki, ona vəkalət verək, o da paralel sənin işini aparsın. 

 

- Ukraynalının buna cavabı nə oldu?

- Razılaşmadı. Dedi ki, həyatı boyu belə işləməmişəm. Mənimlə işləmək istəyirsənsə, türklə anlaşmanı poz, gəl, mənimlə imzala. Axı, bunu necə edə bilərəm? Birdən məndən FİFA şikayət etdi?

 

- Özdəmirin sənə təklifləri hansı klublardı?

- Türkiyənin I liqası, Avstriya, Almaniya təmsilçiləri. "Zirə"nin heyətində 8 oyuna 4 qol vurdum. Bundan sonra şükür Allaha, mənimlə maraqlanan var, tələbat var. 

 

- "Qarabağ"ın müqavilə pozması sənin üçün gözlənilməz olmadı?

- Ortada əsgərlik söhbəti var. İnstitutu qurtardım, hərbi xidmətə getməliyəm. "Qarabağ"la bu məsələyə görə ayrılmalı oldum. Dedim ki, transfer vərəqimi verin, özüm həll edim. Bundan qabaqsa "Zirə" mənə 1 illik icarə müqaviləsi təklif elədi. Dedilər ki, gəl, daha 1 il bizimlə ol, baş məşqçi də səni istəyir. "Zirə"yə əsgərlik məsələmi deyəndə, bunu müqaviləylə məxsus olduğun klubun həll etməli olduğunu diqqətimə çatdırdılar. 

 

- "Zirə" variantı tam bağlanıb?

- "Qarabağ"dan ayılandan sonra "Zirə"dən heç kim mənimlə əlaqə saxlamayıb. Onsuz da indi klublarımızın bir çoxunda qeyri-müəyyən vəziyyətdi. Üstəlik, "Zirə"də baş məşqçi də bilinmir. Bilmirəm, bəlkə sonra təklif göndərdilər. 

 

- Bu komandanın yeni baş məşqçisinin Rəşad Sadıqov olacağı gözlənilir. O isə həm "Qarabağ"ın U-19 komandasında, həm də U-21 yığmasında çalışdırıcın olduğundan, potensialına yaxşı bələddi...

- Bunu bilirəm. Ancaq inanmıram ki, "Zirə"yə qayıdım. Mənimlə maraqlanan Azərbaycan klubunun adını çəkmək düzgün olmaz. Bu variant hələ qalıb, gözləyirəm. 

 

- Hərbi xidmət məsələn olduğun halda, həmin türkiyəli agent səni necə ölkədən çıxara biləcək?

- Əsgərlik məsələmdə möhlət götürməklə bağlı məsələylə məşğulam, 70 faiz həll olunub. İki gün qalıb, tam həll eləsəm, ondan sonra ölkədən çıxa biləcəm. Gedib-gəlirəm, başım çox qarışıqdı. İki günə yekun nəticə bilinəcək. Türk menecerim mənə söz verib ki, özlərində çempionat bitəndən sonra işimi həll edəcək. Ukraynalı da mənə zəmanət verdi ki, səni xaricdə bir kluba düzəldəcəm, özü də Azərbaycanda aldığından 3 dəfə çox qazanacaqsan. 

 

- Türk məsələni yubatsa, onunla əməkdaşlığa son qoyub həmin ukraynalıyla münasibətlərini rəsmiləşdirmək fikrindəsən?

- Fatih mənə demədi ki, gəl, müqaviləni pozaq. Əksinə, mənimlə əlaqə saxlayanda dedi ki, sənin işləmək mənə xoşdu, hər menecer istəyər yaxşı futbolçuları olsun. Həm də onu vurğuladı ki, ukraynalı səni əlimdən almaq istəyir. Türk mənə hər şeyin yaxşı olacağını vəd edib. İnşallah, belə də olar. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB