TOP 10

Azərbaycan klubları avrokuboklara hazırlığa harda başlayacaqlar? Artıq üç klub qərar verib

Futbol
Tarix: 2020-07-07 16:47

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah Avropa yarışlarında ölkəmizi təmsil edəcək klubların məşqlərə başlamağa icazə verib. Sport24.az hər dörd klubla əlaqə quraraq bu məsələyə aydınlıq gətirməyə çalışıb.

 

"Qarabağ" və "Neftçi" Qəbələyə gedəcəklər. Hazırkı ölkə çempionu səfər tarixiylə bağl hələ qərar verməyibsə, paytaxt klubu iyulun 10-da adıçəkilən şəhərə yollanacaq. 

 

"Keşlə"yə gəlincə, Tərlan Əhmədovun komandası təlim-məşq toplanışının ilk hissəsini Şamaxıda keçirmək niyyətindədir. Son çempionatın bürünc mükafatçısı iyulun 13-də bir vaxtlar Əbu Tahir Yazid İbn Məhəmməd tərəfindən qurulan şəhərə yola düşəcək.

.

"Sumqayıt"a gəlincə, "kimyaçılar" hələ də ölkənin xəritəsini öyrənirlər. Başqa sözlə, Premyer Liqamızda son mövsümün dördüncü komandası hələ nə məkanla, nə də tarixlə bağlı qərar verib. Bütün bu suallara yaxın saatlarda cavab veriləcək.

 

 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB