TOP 10

"Səbail"in legioneri Azərbaycandan gedə bilməməyinin səbəbini göstərdi: "Karantin yumşaldılana qədər burda gözləyəcəm"

Futbol
Tarix: 2020-07-07 11:42

"Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka öz ölkəsinin mətbuatına müsahibə verib. Sport24.az həmin müsahibənin Azərbaycanla bağlı hissəsini təqdim edir:

 

 - Koronavirus pandemiyası səbəbindən Azərbaycan çempionatının vaxtından əvvəl bitdiyinə təəccüblənmədin?

- Prinsipcə, yox. Çünki vəziyyət elə inkişaf edirdi ki, hər şey bu qərara doğur gedirdi. Əlbəttə, çempionatı başa çatdırmaq istədik, amma mövcud vəziyyət buna imkan vermədi.

 

- Ölkədə koronavirusla bağlı vəziyyət necədi?

- Vəziyyət yaxşılaşmır. Şəhər yenidən karantindədir. Çöldə qısa müddət - maksimum iki saat qala bilirik. Belə qaydalar əvvəllər tətbiq edilmişdi, indi də təkrarlanır. Yoluxmaz azalmır, buna görə də karantinin yumşadılması barədə də söhbət getmir. 

 

- Futbolçular harada tapşırıqları yerinə yetirir? Evdə fərdi məşq etmək?

- Məşqlər yoxdur, məşq etməyə icazə verilmir. Əlbəttə ki, bu da məzuniyyət adlandırıla bilməz. Ümumiyyətlə, evdə oturub bacardığım qədər əylənirəm.

 

- Ukraynaya qayıtmağın imkan yoxdu?

- Ukraynaya çarter reysi ilə uçmaq imkanı var. Ancaq klubumuz qəti şəkildə buna qarşıdır, çünki daha bir il müqaviləm var. Azərbaycandan getsəm geri dönmək problem olacaq. Hələlik vəziyyət belə görünür. Bəlkə də sonradan bir şey dəyişəcək.

 

- Mövcud vəziyyətlə əlaqədar olaraq müqavilənin maliyyə şərtləri yerinə yetirilirmi?

- Heç kim heç nə deməyib, bu barədə hələ heç nə müzakirə edilməyib. Bildiyimə görə, heç bir dəyişiklik gözlənilmir. Müqavilədə yazılanlar qüvvədə qalacaq.

 

- “Qarabağ” çempion , "Neftçi" 2-ci, "Keşlə" isə 3-cü oldu. Qanunauyğundu?

 - Düşünürəm ki, hər şey normaldı. Bu üç komanda mövsüm ərzində yaxşı çıxış etdi. Xüsusiilə də “Keşlə” inkişaf etdi

 

- Gələcək planların nətərdi? Müqavilənin sonuna qədər Azərbaycanda qalacaqsan?

- Bəli, karantin yumşaldılana qədər burda gözləyəcəm. Ümid edirəm ki, hər şey düzələcək və həyat əvvəlki tərzinə qayıdacaq. Əsas odur ki, insanlar xəstələnməsin və bu virusdan ölməsinlər.

 

 

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB