TOP 10

Türkiyəli agent: "Görünür, "Qarabağ" bu futbolçuyla o qədər də maraqlanmır"

Futbol
Tarix: 2020-07-07 11:09

Türkiyənin III liqasında çıxış edən "1928 Bucaspor" klubunun 19 yaşlı cinah futbolçusu Oğuz Aydının agenti Gökhan Tabakcıoğlu müştərisinin "Qarabağ" və"Astana"nın maraq dairəsində olmasıyla bağlı bir müddət əvvəl mətbuatda çıxan məlumatla bağlı qısa açıqlama verib. Sport24.az xəbər verir ki, türkiyəli menecer Qazaxıstanın Sports.kz saytına açıqlamasında bu dəfə bədbin danışıb: "Düşünürəm ki, bu klublara transfer reallaşmayacaq. Görünür, bu oyunçu ilə o qədər də maraqlanmırlar".

 

Xatırladaq ki, Oğuzun klubuyla 2021-ci ilin yayınadək müqaviləsi var. 

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB