TOP 10

Millimizlə səfər oyunundan qabaq tanış rəqib seçdi - hər dəfə darmadağın etdiyi

Futbol
Tarix: 2020-07-07 10:07

Azərbaycan millisinin UEFA Millətlər Liqasında rəqiblərindən olan Monteneqro yığması noyabrda yoldaşlıq görüşü keçirəcək. Sport24.az xəbər verir ki, Balkan təmsilçisi millimizlə görüş ərəfəsində qazaxlarla qüvvəsini sınamağı razılaşdırıb.

 

Bu haqda Monteneqro Futbol İttifaqı məlumat verib. Adıçəkilən yığmalar arasında sayca 4-cü matç noyabrın 11-də paytaxt Podqoritsada keçiriləcək. Həmin gün UEFA-nın yoldaşlıq görüşləri üçün "pəncərə"si nəzərdə tutulub. Millimizin rəqibi Qazaxıstanla bunadək keçirdiyi hər 3 qarşılaşmada böyükhesablı qələbə qazanaraq (5:0, 3:0, 3:0) qapısından top da buraxmayıb.

 

Bu, Monteneqronun millimizlə səfər oyununa hazırlıq çərçivəsində sınaq matçı olacaq. Çünki bu görüşdən 4 gün sonra Azərbaycanda oyun olacaq. Monteneqro yığması qrupda son qarşılaşmasını noyabrın 18-də evdə Kirplə, millimiz isə səfərdə Lüksemburqla keçirəcək. 

CBCsport
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB