TOP 10

Qriqorçuk Azərbaycan variantından danışdı: "Millidə işləməyə hazıram"

Futbol
Tarix: 2020-07-06 23:59

Qazaxıstanın "Astana" klubundan ayrıldıqdan sonra işsiz qalan "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk gələcək planlarından danışıb. Sport24.az xəbər verir ki, 55 yaşlı ukraynalı mütəxəssis öz ölkəsinin mətbuatına açıqlamasında adının bir müddət əvvəl Azərbaycan millisi ilə hallanmasına münasibət bildirib: "Bu suallara həmişə belə cavab verirəm - şərhsiz. İndi müasir dünyada fərqli məlumatlar yayılır, eləcə də idman mediasında. Bəzən haradan gəldiyini belə başa düşmək çətindi. Şərh verməklə belə söhbətləri daha da gücləndirmiş oluruq. Digər tərəfdən, milli komandalarda mümkün işlə bağlı fikrimi bildirmişdim, bu təcrübə mənə maraqlı gəlir. Milli komandada və klubda işləməyə hazıram. Əlbəttə, bunlar fərqli işlərdi. Əvvələr özümü yığmanın baş məşqçisi kimi təsəvvür edə bilmirdim. Ancaq son bir-iki ildə bu yöndə fəlsəfəm düzəldi və bu işə hazır olduğumu görürəm".
 

Xatırladaq ki, Qriqorçuk 2015-18-ci illərdə çalışdırdığı "Qəbələ"ni 2 dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldib. 

 

 

 

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB