TOP 10

Vaqner Lav Qazaxıstan klubunda - RƏSMİ

Dünya Futbolu
Tarix: 2020-07-07 09:30

Futbol üzrə Braziliya yığmasının sabiq hücumçusu Vaqner Lavın yeni iş yeri müəyyənləşib. Sport24.az xəbər verir ki, o, Qazaxıstanın “Kayrat” klubuna transfer olunub.


Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Artıq Qazaxıstana gələn və koronavirus testindən də uğurla keçən futbolçu tezliklə rəsmi müqaviləyə imza atacaq.


Qeyd edək ki, Vaqnerin son iş yeri Braziliyanın “Korintians” klubu olub. Bu klubla müqaviləsini ötən ay ləğv edən 36 yaşlı forvard, karyerası ərzində “Palmeyras”, “Flamenqo”, “Monako”, ÇSKA (Moskva), “Şandonq Lunenq”, “Alanyaspor” və “Beşiktaş” klublarının da formasını geyinib. 


“Kayrat”ın lider olduğu Qazaxıstan çempionatında yeni mövsüm artıq ikinci dəfə koronavirus pandemiyasına görə dayandırılıb. Turnirin nə vaxt davam etdiriləcəyi hələ bilinmir.

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB