TOP 10

Millimizin üzvü AFFA-nın dəstəyindən danışdı: "Karyeramda yeni bir səhifə açmağa, irəliyə daha bir addım atmağa hazırlaşırdım"

Futbol
Tarix: 2020-07-06 21:12

Koronavirus pandeyiması futbolun bütün sahələrinə zərər vurdu. Aydın məsələdir ki, qadın futbolu da istisna deyil. Bir çox azərbaycanlı qadın futbolçuları da hazırda klublarına qoşula bilməyiblər. Belədə, onların məvacibsiz qalması da qaçılmaz olub.

 

Sport24.az-a bunula bağlı danışan millimizin üzvü Vüsalə Seyfətdinova AFFA-nın onlara yardım etdiyini bildirdi: “Karyeramda yeni bir səhifə açmağa, irəliyə daha bir addım atmağa hazırlaşırdım. Gürcüstanın “Nike” klubu ilə müqavilə imzalamaq üçün qonşu ölkəyə yollanmalı idim. Təəssüf ki, koronavirus pandemiyasına görə planım baş tutmadı. Təbii ki, bu, futboldan uzaq düşməyimlə yanaşı, maddi baxımdan da çətinlikərlə üzləşməyimə səbəb oldu. Amma bu çətin günlərdə AFFA öz dəstəyini əsirgəmədi. Qadın futboluna, futbolçulara dəstək olduğu üçün AFFA-ya minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, pandemiya tezliklə başa çatacaq və yenidən futbol oynamağa başlayacağam”.

CBCsport
06 Avqust 2020
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB