TOP 10

Messi rekordunu təkrarladı, “Barselona” 9000-ə çatdı

Dünya Futbolu
Tarix: 2020-07-06 20:00

“Barselona” İspaniya La Liqasının 34-cü turunda “Vilyarreal”ı məğlub edib – 4:1. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Lionel Messi sözügedən qarşılaşmada iki məhsuldar ötürmə edərək, bu mövsümkü ötürmələrinin sayını 19-a çatdırıb.
 

Argentinalı futbolçu bununla da, şəxsi rekordunu təkrarlayıb. Messi, bundan əvvəl 2014/15 mövsümündə La Liqada 19 məhsuldar ötürmə etmişdi.


Ansu Fatinin “Vilyarreal”ın qapısına vurduğu 4-cü qol isə “Barselona” tarixinin 9000-ci qolu olub. Messi bu qolların 7 faizinə – 630-na imza atıb.

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB