TOP 10

Azərbaycanlı futbolçu Küveytdən qayıda bilmir

Futbol
Tarix: 2020-07-06 19:00

“Küveytdəyəm, sərhədlər bağlı olduğu üçün Azərbaycana qayıda bilmirəm”. Sport24.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Küveytin “Əl-Salmiyə” klubunun futbolçusu Kamal Mirzəyev deyib.
 

26 yaşlı yarımmüdafiəçi bildirib ki, komanda ilə iyunun 30-da başa çatmalı olan müqaviləsi dondurulub: “İyunun 10-dan məşqlərə başlamışıq. Çempionat sentyabr və ya oktyabrın əvvəlində bərpa olunmalıdır. Belə olsa, məcbur oynayacağıq. Bu isə bizə problem yarada bilər. Cari mövsüm başa çatdıqdan bir həftə sonra yeni çempionat start götürəcək”.


Mirzəyev hazırkı vəziyyətin heç bir legioneri qane etmədiyini söyləyib: “Klub iyul, avqust, sentyabr ayları üçün maaş verməyəcək. Sadəcə, həftədə 1 dəfə yemək və ev pulu verir. Mövsümün ortası olduğu üçün bu, problemli məsələdir”.


Onun sözlərinə görə, klub əcnəbi futbolçuları ölkələrinə göndərmək istəsə də, koronavirus pandemiyasına görə bunu edə bilmir: “Hər oyunçuya ayda yemək, maşın və ev üçün 5 min dollar versələr, bu, 45-50 min ABŞ dolları edir. Bu isə klub rəhbərliyini qane etmir. Futbolçulara yeni müqavilə də təklif edə bilmirlər. Çünki belədə 3-4 ay maaş ödəməli olacaqlar. Bu səbəbdən bütün legionerlərlə danışıqları dayandırıblar”.


Futbolçu yalnız serb və xorvatiyalıların ölkələrinə qayıtdıqlarını vurğulayıb: “Həmin ölkələr xüsusi təyyarə ilə vətəndaşlarını geri qaytardı. Komandamızın fiziki hazırlıq üzrə məşqçisi də serb olduğundan, Küveyti tərk edə bildi. Biz isə burada qalmışıq”.


Qeyd edək ki, Kamal Mirzəyev “Əl-Salmiyə” klubuna 2019-cu ilin yayında “Qəbələ”dən keçib. Azərbaycanın U-19, U-21 və U-23 yığmalarının da formasını geyinmiş yarımmüdafiəçi komanda ilə 1 illik müqavilə imzalamışdı.

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB