TOP 10

ÇL-in 1/8 final mərhələsinin cavab oyunlarıyla bağlı qərar verildi

Dünya Futbolu
Tarix: 2020-07-06 18:30

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları neytral meydanda keçirilməyəcək. Sport24.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.


Xəbərdə, UEFA-nın ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə razılıq verdiyi bildirilib. Bununla bağlı rəsmi qərarın iyulun 10-da veriləcəyi gözlənilir.


Çempionlar Liqası 1/4 finaldan etibarən Portuqaliyanın paytaxtı Lissabonda olacaq. 1/8 finalın qalan oyunları 7-8 avqustda reallaşacaq. 


1/8 final mərhələsi çərçivəsində “Yuventus” – “Lion” (ilk oyun 0:1), “Mançester Siti” – “Real Madrid” (2:1), “Bavariya” – “Çelsi” (3:0) və “Barselona” – “Napoli” (1:1) matçları keçiriləcək.

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB