TOP 10

"İdman TV"nin tanınmış əməkdaşları koronavirusa yoluxub

Digər
Tarix: 2020-07-06 14:41

“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) daha iki əməkdaşı koronavirusa yoluxub. Sport24.az xəbər verir ki, bu barədə qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib.

 

Onun sözlərinə görə, İdman televiziyasının əməkdaşları Fikrət Adıgözəlli və Rövşən Binnətlinin koronavirusla bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb: "Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Hazırda müalicələri davam etdirilir. Bundan əlavə, digər 5 əməkdaşımız da xəstəxanada müalicə alır. 1 nəfər isə evə buraxılıb".

 

Qeyd edək ki, daha əvvəl AzTV-nin Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev və QSC-nin rejissoru Samir Nemətzadə koronavirusdan vəfat edib.

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB