TOP 10

"Zirə"də baş məşqçi dəyişikliyi Məqsədin məqsədinə çatmasına imkan verməyib: "Gözləyirdim ki, gedim müqavilə imzalayım..."

Futbol
Tarix: 2020-07-06 14:27

"Sabah"la yeni müqavilə imzalamaqla bağlı razılığa gələ bilməyəndən sonra təklif gözləyirdim. "Zirə"dən təklif gəldi, baş məşqçisi Zaur Həşimov mənə dedi ki, səni komandamda görmək istəyirəm. Mən də ona "canla-başla oynayaram" söylədim. "Sabah"a dedim ki, təklifim var, gedirəm". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sabah"ın mövsüm bitəndən sonra yollarını ayırdığı futbolçu Məqsəd İsayev deyib.

 

26 yaşlı cinah müdafiəçisiylə söhbətimizdə məlum oldu ki, "Zirə"nin Zaur Həşimovun baş məşqçi postundan kənarlaşdırması onun da planlarını pozub: "Zaur müəllimə "hə" deyəndən sonra səhəri günü gözləyirdim ki, gedim müqavilə imzalayım. Ancaq belə oldu, Həşimovla yollar ayrıldı. Bundan sonra hələ ki təklifim yoxdu, gözləyirəm. "Zirə" məni istəyirdi, "Zirə" variantı da Zaur müəllimin gedişinə görə gündəmdən düşdü".

 

Məlumdu ki, Məqsədlə "Sabah"da komanda yoldaşı olmuş Kərim Diniyevlə Rəşad Eyubov karyeralarını məhz "Zirə"də davam etdirəcəklər. Özü də yeni məşqçini hələ təyin etməyən klub rəhbərliyi bu transferləri reallaşdırıb. Maraqlıdı, İsayev də özüylə bağlı belə addımın atılacağını gözləyirmi?: "Onu artıq bilmirəm ki, rəhbərlik məni istəyir, ya yox. Bununla maraqlanlanmamışam. Məni fakt, real olaraq Həşimov istəyirdi. Yəqin ki, o da transferimi rəhbərliyə deyib. Rəhbərlik razı olmuşdu ki, məni müqaviləyə dəvət etmişdi. Özbaşına heç kim heç nə eləməz. Zaur müəllim vəzifəsindən çıxandan sonra xəbər gəlmədi, mən də gözləyirəm".

 

İsayev hadisələrin belə axar almasına görə taleyindən gileylənmir: "Qətiyyən peşmanlıq yoxdu ki, belə addım atdım. Qismət Allahdandı, deməli, xeyirlisi belə imiş. İnşallah, başqa komanda olar, ora gedərəm. Təkcə "Zirə"dən yox, başqa komandalardan da təklif gözləyirəm. Olsa, dəyərləndirəcəm. Ola bilər ki, həmin "Zirə"yə yeni baş məşqçi gələndən sonra mənə təklif gələcək. Pis çxımasın, son mövsümdə "Sabah"da 15 oyun keçirmişəm. Bu isə az deyil".

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB