TOP 10

Millimizin baş məşqçisi postuna əsas namizədlə "Səbail"in legioneri İngiltərədə ən yaxşılar arasında

Futbol
Tarix: 2020-07-06 09:34

Böyük Britaniyanın tanınmış “İndependent” nəşri 1992-ci ildən İngiltərə Premyer Liqasında çıxış edən ən yaxşı futbolçuların siyahısını açıqlayıb.Sport24.az xəbər verir ki, onların arasında Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd olan “Mançester Yunayted"in əfsanəvi kapitanı Roy Kinin də adı var.

 

Belə ki, irlandiyalı veteran yarımmüdafiəçi100 nəfər arasında ilk “10-luğ”a düşməyi bacarıb. 49 yaşlı mütəxəssis 4-cü pillədə qərarlaşıb. Karyerasını hazırda “Səbail”də davam etdirən “Çelsi”nin qanalı sabiq futbolçusu Maykl Essyen isə 62-ci sırada yer alıb.

 

Siyahıya “Arsenal”ın fransalı sabiq hücumçusu Tyerri Anri başçılıq edir. Hazırda “Yuventus”un formasını geyinən “Mançester Yunayted”in keçmiş üzvü, portuqaliyalı hücumçu Kriştianu Ronaldu 2-ci, onun Mançester klubundakı sabiq komanda yoldaşı, Uels millisinin baş məşqçisi Rayan Giqqz isə 3-cüdür.

 

Xatırladaq ki, AFFA Kinlə danışıqlar aparıldığını təsdiqləyib.

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB