TOP 10

Mandzukiç Qətər klubundan ayrıldı

Dünya Futbolu
Tarix: 2020-07-06 12:00

Xorvatiya yığmasının sabiq hücumçusu Mario Mandzukiç Qətərin “Əl-Duhail” klubundan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.
 

O, sözügedən klubla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiklərini bəyan edib.


Qeyd edək ki, Mandzukiç “Əl-Duhail”ə 2019-cu ilin dekabrında “Yuventus”dan transfer olunmuşdu. O, bu komandada meydana çıxdığı 7 oyunda cəmi 1 qola imza atıb.


Təcrübəli futbolçu “Yuventus” və “Əl-Duhail”dən başqa ölkəsində “Dinamo” (Zaqreb), Almaniyada “Volfsburq”, “Bavariya”, İspaniyada isə “Atletiko”nun formasını geyinib.

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB