TOP 10

“Liverpul”da yeni müqavilə

Dünya Futbolu
Tarix: 2020-07-06 11:30

İngiltərə çempionu “Liverpul” gənc futbolçusu Kurtis Consla müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.


19 yaşlı yarımmüdafiəçi mersisaydlılarla 2025-ci il iyunun 30-dək sözləşmə imzalayıb.


İngilis futbolçu "qırmızılar"ın yetirməsidir. Kurtis bu mövsüm əsas komandada 8 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub. O, İngiltərənin U-19 yığmasının da üzvüdü.

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB