TOP 10

Azər Əliyevli “Ufa” doğma meydanda xal itirdi

Dünya Futbolu
Tarix: 2020-07-05 19:30

Futbol üzrə Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.


Sözügedən komanda doğma meydanda “Ural”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.


Azər də bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.


“Ufa” 26 oyuna topladığı 33 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

CBCsport
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB