TOP 10

2 qol vurdu, klubun tarixinə düşdü

Dünya Futbolu
Tarix: 2020-07-05 15:32

“Lester Siti” İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində “Kristal Pelas”a 3:0 hesabıyla qalib gəlib. Sport24.az xəbər verir ki, bu oyun “Lester Siti”nin futbolçusu Ceymi Vardi üçün əlamətdar olub.
 

Belə ki, bu oyunda komandasının 2-ci və 3-cü qollarının müəllifi olan 33 yaşlı hücumçu, klubun heyətində Premyer Liqada vurduğu qolların sayını 101-ə çatdırıb. Bununla da, Vardi “Lester Siti”nin heyətində çempionatda 100 qol həddinə çatan ilk futbolçu olub.


İngiltərəli futbolçu 2012-ci ildən “Lester Siti”nin şərəfini qoruyur.

CBCsport
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB