TOP 10

"Neftçi" belçikalı yarımmüdafəçiylə müqavilə imzalayır - "Qarabağ"a qol vuranla

Futbol
Tarix: 2020-07-05 15:00

"Neftçi"nin sıralarında görmək istədiyi yeni oyunçulardan biri Sabir Buqrindi. Sport24.az xəbər verir ki, 24 yaşlı futbolçu "ağ-qaralar" təlim-məşq toplanışına başlayan kimi  müqavilə imzalamaq üçün düşərgəsinə gələcək.

 

Buqrin azərbaycanlı futbolsevərlərə əvvəldən tanışdı. Belə ki, o, Avropa Liqasının son mövsümündə qrup mərhələsində "Qarabağ"la hər iki matçda Lüksemburqun "Düdelanj" klubunun heyətində çıxış edib. Hətta Sabir Tofiq Bəhramov adına Respublika stadionundakı 1:1 hesabıyla nəticələnən matçda 63-cü dəqiqədə hesabı açıb. 

 

Mərakeş əsilli belçikalı olan Buqrin hücumameylli mərkəz yarımmüdafiəçisidi. O, karyerası ərzində Belçikanın "Lyers" (76 oyun, 3 qol), Fransanın "Paris-2" (19, 1), "Paris" (4, 0) və Lüksemburqun "Dudelanj" (10,1) klublarında çıxış edib (Football24.az).

 

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB