TOP 10

"Milan" "Yuventus"u növbəti çempionluğa daha da yaxınlaşdırdı

Dünya Futbolu
Tarix: 2020-07-05 10:00

İtaliya A seriyasında XXX tur başlayıb. Sport24.az xəbər verir ki, lider "Yuventus"un çempionluq şansları daha da artıb.

 

Buna "Milan"ın gözlənilmədən səfər qələbəsi imkan yaradıb. Belə ki, “Yuventus”un ən yaxın izləyicisi “Latsio” evdə milanlılara 0:3 hesabıyla uduzması liderlə ikinci yer arasında xal fərqinin 7-yə yüksəlməsinə səbəb olub. 

 

Son illərin çempion “Yuventus” isə həmşəhərliləri “Torino”nu qəbul edib. Turin derbisində böyük hesabla - 4:1 qalib gələn “ağ-qaralar” liderliyini möhkəmlədib.

 

Qeyd edək ki, tura iyulun 5-də yekun vurulacaq.

CBCsport
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB