TOP 10

“Bavariya”dan “qızıl dubl”

Dünya Futbolu
Tarix: 2020-07-05 00:01

Futbol üzrə Almaniya kubokunun final oyunu keçirilib. Sport24.az xəbər verir ki, həlledici oyunda Bundesliqanın 2019/20 mövsümünün qalibi “Bavariya” “Bayer”lə qarşılaşıb.
 

Dörd qolun qeydə alındığı matç Münhen təmsilçisinin qələbəsiylə başa çatıb. Beləcə, “Bavariya” bu mövsümü “qızıl dubl”la bitirib.


Qeyd edək ki, bu, “Bavariya”nın tarixində 20-ci belə uğurdu. Münhen təmsilçisi kubok sayında rekordçudu. Almaniya kubokunda bu komandadan sonra ən çox uğura imza atan “Verder”di – 6 dəfə.


Almaniya kuboku
Final

4 iyul


Bayer – Bavariya 2:4
Qol: Bender, 63. Haverts, 90+4 – Alaba, 16. Qnabri, 24. Levandovski, 59; 89.

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB