TOP 10

Qurbanovdan cari mövsümdə 2-ci qol

Dünya Futbolu
Tarix: 2020-07-04 23:04

Futbol üzrə Gürcüstan çempionatında 4-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.


Sözügedən klub səfərdə “Telavi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.


Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 9-cu dəqiqədə penaltidən fərqlənən Qurbanov vurub. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 2-yə çatdırıb.


4 turdan sonra hesabında 4 xal olan “Samtrediya” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB