TOP 10

“Dauqavpils” Əsgərovun yoxluğunda uduzdu

Dünya Futbolu
Tarix: 2020-07-05 09:00

Futbol üzrə Latviya çempionatında 5-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti oyununa çıxıb.
 

Sözügedən kollektiv səfərdə “Riqa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.


Cari mövsümdə bir qol vurmuş millimizin sabiq forvardı bu oyunun iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.


5 turdan sonra 6 xalı olan “Dauqavpils” 10 kollektiv arasında 7-cidi.

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB