TOP 10

Nəbiyevli “Viktoriya” yenə məğlub oldu

Dünya Futbolu
Tarix: 2020-07-04 21:00

Futbol üzrə Çexiya 2-ci divizionunda 28-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
 

Sözügedən komanda doğma meydanda “Vlasim”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.


Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə iki qol vuran Nəbiyev bu dəfə fərqlənə bilməyib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.


“Viktoriya” hazırda 46 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB