TOP 10

De Rossi İtaliya klubunda baş məşqçilik edəcək

Dünya Futbolu
Tarix: 2020-07-04 19:30

İtaliya milli komandasının və “Roma”nın sabiq futbolçusu Daniele De Rossi baş məşqçiliyə başlayır. Sport24.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrisio Romano “tvitter” hesabında məlumat yayıb.
 

O, De Rossinin yeni mövsümdən “Fiorentina” klubunu çalışdıracağını deyib. 37 yaşlı keçmiş yarımmüdafiəçi bu postda Cüzeppe Yakinini əvəzləyəcək.


“Fiorentina” İtaliya A Seriyasında 29 turdan sonra 13-cü sırada qərarlaşıb.


De Rossi 2019-cu ildə futbolçu karyerasını başa vurub.

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB