TOP 10

3 ildə 3-cü, darmadağınlara şərik, "11-liy"i olan, 226-yla yola salınan

Futbol
Tarix: 2020-07-04 13:00

Jelko Sopiçin "Sabah"ın baş məşqçisi kimi fəaliyyəti 11 rəsmi oyundan ibarət olub. Sport24.az xəbər verir ki, 46 yaşlı xorvatiyalı mütəxəssis komandanı Premyer Liqada 8, Azərbaycan Kubokunda 3 matça çıxarıb. 

 

Sopiçin debütü də, son matçı da məğlubiyyətlə yadda qalıb. Belə ki, o, startda "Qarabağ"a evdə 0:1, finişdə səfərdə "Neftçi"yə 0:4 hesabıyla uduzub.

 

Sopiçin hesabında 3 qələbə oldu - 2-si Premyer Liqada ("Qəbələ"yə evdə 3:2, "Sumqayıt"a səfərdə 2:1), 1-i Azərbaycan Kubokunda (evdə I Divizion təmsilçisi "Ağsu" üzərində 5:0). Heç-heçələr yalnız çempionatda və yalnız qolsuz bərabərliklə qeydə alındı - "Səbail"lə evdə, "Qarabağ"la səfərdə. Məğlubiyyətlərə gəlincə, bunlardan 4-ü Premyer Liqada (evdə "Qarabağ"a 0:1, səfərdə "Zirə"yə 0:2, "Neftçi"yə evdə 0:2 və səfərdə 0:4), 2-si ölkə Kubokunda oldu ("Qəbələ"yə səfərdə 0:3, evdə 2:3). 

 

Sopiç "Sabah"ın baş məşqçisi təyinatı ötən ilin sonuna, qış fasiləsinə yaxın - noyabrın 26-da reallaşdı, 1 illik müqaviləsinə xitam verilərək istefaya verilməsi isə iyulun 3-də reallaşdı. Yəni, o, 226 gün "Sabah"lı oldu. 

 

Maraqlıdı ki, Sopiç darmadağınlarında klubun rekord və anrirekordlarına şərik oldu. Belə ki, "Sabah"ın 3 illik tarixində ən böyükhesablı qələbəsi də məhz 5:0 olmuşdu və məhz I Divizion təmsilçisi üzərində baş vermişdi. Bu, 2018-ci il martın 19-da “Binə”ylə görüşə təsadüf edib. Sadəcə, "Sabah" özü də I Divizionda çıxış edirdi və baş məşqçisi Arif Əsədov idi. 

 

"Sabah"ın ən böyükhesablı məğlubiyyəti də məhz 0:4 olub. Bu da 2018-ci ildə noyabrın 10-da, sadəcə artıq Premyer Liqada qeydə alınıb. Elşad Əhmədovun baş məşqçisi olduğu debüt mövsümündəkı həmin nəticə evdə baş verib. 

 

Sopiç "Sabah"ın bu 3 ildə 3-cü baş məşqçi oldu ki, əvvəlkilər Əsədovla Əhmədovun olduğunu vurğuladıq. İki mütəxəssis - Rövşən Babayev və İqor Ponomaryov isə cari mövsümün ilk yarısında, Əhmədovun istefaya göndərilməsindən sonra müvəqqəti baş məşqçi olublar. Birincinin hesabında 1, ikincidə 5 matç olub.

 

Onu da bildirək ki, Sopiç “Sabah”ın tarixində komandanı Premyer Liqa matçına çıxaran ilk əcnəbi, Azərbaycan milli çempionatlarında ikinci xorvatiyalı oldu. Birincisi Stepan Çordaş idi ki, onun 2015/16 mövsümündə "Olimpik"də fəaliyyəti cəmi 3 oyundan ibarət olub. Lakin onun Bakı klubu ilə Premyer Liqadakı debütü uğusuz alınıb. İlk üç turda cəmi 1 xal toplayan klub Çordaşla yollarını ayırıb. Yəni, o, həmyerlisindən fərqli Azərbaycanda nə qələbə gördü, nə də Kubokda debüt edə bildi.

 

Sopiç Premyer Liqa tarixində 56-cı əcnəbi baş məşqçi olub. Bunadək 55 əcnəbi çalışdırıcı ya baş məşqçi, ya da bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.


Bu mütəxəssislər arasında oyun sayında rekord gürcü Kaxaber Txadadzeyə məxsusdu – 211 oyun. Onun həmyerlisi Georgi Çixradzedə, habelə ukraynalılar Roman Qriqorçuk və Roman Pokorada bu rəqəm 108-ə bərabərdi.


 

 

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB