TOP 10

İsrafilov cəzalandırıldı

Futbol
Tarix: 2020-07-04 13:30

İspaniyanın "Albasete" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov növbəti matçda iştirak etməyəcək. Sport24.az xəbər verir ki, buna səbəb 28 yaşlı yarımmüdafiəçinin Sequndanın XXXVII turunda "Alkorkon"la matçın 33-cü dəqiqəsində sarı vərəqə almasıdı. 

 

Bununla da İsrafilov sarı vərəqə limitini doldurub və "Malaqa" ilə iyulun 5-ə nəzərdə tutulan görüşdə meydanda olmayacaq. 

 

Qeyd edək ki, "Albasete" - "Alkorkon" matçı 1:1 hesabı ilə yekunlaşıb.

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB