TOP 10

İngiltərə klubu millimizin futbolçusunu icarəyə götürür

Futbol
Tarix: 2020-07-04 11:07

İngiltərənin "Koventri" klubu "Vulverhempton"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşovla maraqlanır. Sport24.az  "Coventrytelegraph" nəşrinə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarəyə götürmək niyyətindədir.

 

Bildirilir ki, Dadaşov baş məşqçi Mark Robinsin diqqətindədi.  

 

Qeyd edək ki, Renat 2019-cu ilin avqustunda keçdiyi "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. Gənc forvard hələ ki, əsas komandada debüt etməyib. Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. 

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB