TOP 10

Milli komandamızın baş məşqçi postuna iki namizəd qaldı - AFFA danışıqları "dondurdu"

Futbol
Tarix: 2020-07-04 10:04

Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə iki namizəd qalıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, bunlar irlandiyalı Roy Kin və italiyalı Canni De Byazidi.

 

Yeni baş məşqçi təyinatıyla bağlı müxtəlif məlumatlara baxmayaraq, AFFA hazırda bütün danışıqları "dondurub". Bu qərarın səbəbi koronavirus pandemiyasıdr. Hazırkı vəziyyətdə assosiasiya rəhbəriyi risk etmək istəmir.
 

Fakt budur ki, Azərbaycana iyulun 20-dək açıq idman növləri ilə məşğul olmaq qadağan edildi. Fakt deyil ki, həmin tarixdən sonra bu qadağa götürüləcək. Nəticə etibarilə vəziyyət belə ola bilər ki, yığma komandamız Millətlər Liqasının ev oyunlarını nəinki öz Vətənində keçirməyə, təlim-məşq toplanışı keçməyə də bilər. Bu vəziyyətdə Azərbaycanın ümumiyyətlə. Millətlər Liqasından tamamilə imtina etməsi ehtimalı yetərincə böyükdü. Buna görə də indi baş məşqçi ilə müqavilə bağlamaq məqsədəuyğun deyil. Axı, müqavilə bağlandıqdan sonra Millətlər Liqasında iştirak edib-etməməsindən asılı olmayaraq, məşqçilər heyətinə kifayət qədər yaxşı maaş ödəməli olacaqsan.
 

AFFA rəhbərliyinin Nazirlər Kabineti yanında Operativ Qərargahla danışıqlar aparacağı və yalnız bundan sonra baş məşqçi vəzifəsinə potensial namizədlərlə danışıqlar prosesinin davam etdirilməsi, yaxud Millətlər Liqasında iştirakdan imtina etmək daxil olmaqla kəskin tədbirlər görülməsi qərara alınacaq.

 

 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB