TOP 10

“Milan” ispaniyalı futbolçusunu itirdi

Dünya Futbolu
Tarix: 2020-07-04 09:30

“Milan” ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, İtaliya klubunun yarımmüdafiəçisi Samuel Kastilyexo zədələnib.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə ispaniyalı futbolçunun A Seriyasının 29-cu turu çərçivəsində baş tutan SPAL-la oyunda (2:2) zədələndiyi diqqətə çatdırılıb. 


Sağ ayağından zədələnən 25 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən keçib. Onun bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Amma dəqiq bərpa müddəti açıqlanmır.


2018-ci ildən “Milan”ın formasını geyinən Kastilyexo, bu mövsüm A Seriyasında 20 oyuna çıxıb, 1 qol vurub.

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB