TOP 10

Dabo yeni kluba keçdi - RƏSMİ

Futbol
Tarix: 2020-07-03 20:11

"Neftçi"ylə yollarını ayıran fransalı legioner Baqali Dabonun Kiprin "Apollon" klubuna keçidi reallaşıb. Sport24.az xəbər verir ki, 32 yaşlı hücumçu Limasol təmsilçisi ilə 2020-ci ilin mayın 31-dək nəzərdə tutulan 2 illik müqavilə imzalayıb.

 

Bu haqda klubun rəsmi saytı məlumat yayıb. Dabo yeni klubunda "11 nömrə"li formanı seçib. 

 

Xatırladaq ki, Baqali 2016-cı ildən ölkəmizdə legioner həyatı yaşayaraq ilk 2 mövsümü "Qəbələ"də, sonrakı 2-sini "Neftçi"də keçirib. O, son çempionatın 4 bombardirindən biri olub. 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB