TOP 10

"Neftçi" xaricdəki toplanışı müəyyənləşdirdi

Futbol
Tarix: 2020-07-03 20:00

"Neftçi" yeni mövsümə Türkiyədə hazırlaşmağı planlaşdırır. Sport24.az-ın əldə etdiyi məlumata görə, sərt karantin qaydaları ilə əlaqədar olaraq “ağ-qaralar” Azərbaycanda hazırlığın ilk mərhələsini keçə bilməyəcəklər.


Komanda iyulun ortalarında qardaş ölkəyə getmək və 20 günlük təlim-məşq toplanışı keçirmək niyyətindədi. "Neftçi" ümid edit ki, Vətənlərinə qayıdanda ölkədəki vəziyyət yaxşılaşacaq və komanda qalan günlərdə Avropa Liqasının startına tam hazırlaşa biləcək.


Qeyd edək ki, bu turnirin ilk təsnifat mərhələsinin oyunları avqustun 27-də keçiriləcək.
 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB