TOP 10

Fariz Nəcəfov tələsik qərarlar qəbul etməyə ehtiyac görmür, lazim olan vəsaiti əldə edə biləcəklərinə inanır: "Hansısa mövqedə legionerin olması qaçılmazdı"

Futbol
Tarix: 2020-07-03 16:44

"Yaxın günlərdə məşqçilər korpusu ilə yeni mövsümün hazırlıqlarına dair görüşümüz olacaq. Komandadakı oyunçular və eyni zamanda hazırlığa dair qərarlar qəbul edəcəyik". Sport24.az xəbər verir ki, bunu "Qəbələ"nin prezidenti Fariz Nəcəfov deyib. O, hazırda komandanın istirahətə buraxıldığını bildirib.

 

Nəcəfov heyətdə gözlənilən dəyişikliklər barədə də danışıb: "Sözsüz ki, dəyişikliklər - gedən və gələn futbolçular olacaq. Uzun illərdən sonra ilk dəfə avrokuboklarda iştirak etməyəcəyik. Bu səbəbdən, tələsik qərarlar qəbul etməyə də ehtiyac yoxdur. Eyni zamanda yeni mövsümün startı ilə bağlı da konkret tarix bilinmir. Yəni hazırlıq üçün kifayət qədər vaxtımız var".

 

Klubun fəaliyyətini davam etdirəcəyini də vurğulayan "Qəbələ" rəsmisi "Sadəcə məlum vəziyyətlə bağlı büdcəni formalaşdırmaq üçün çətinliklər var. İnanıram ki, lazim olan vəsaiti əldə edə biləcəyik" - deyə əlavə edib. O, gələn mövsüm heyətdə klub akademiyasının futbolçularnın çoxluq təşkil edəcəyini də vurğulayıb: "Bununla belə tam komanda formalaşdırmaq üçün potensial yoxdur. Ona görə də hansısa mövqedə legionerin olması qaçılmazdır" (Report).

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB