TOP 10

Messi “Barselona”dan ayrılmaq istəyir

Dünya Futbolu
Tarix: 2020-07-03 17:30

“Barselona”nın hücumçusu Lionel Messi komandadan ayrılmağı düşünür. Sport24.az “Cadena SER”-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, Kataloniya klubu ilə müqavilənin müddətini uzatmaqla bağlı apardığı danışıqları dayandırıb.


Futbolçunun yaxınlarına “Barselona”dan ayrılmaq istədiyini, klubla bağlı yayılan söz-söhbətlərdən bezdiyini dediyi bildirilir. Onun komandanın son vaxtlardakı uğursuz çıxışından və klubun uğurlu layihəsinin olmamasından şikayətləndiyi deyilir.


Messinin “Barselona” ilə müqaviləsini 2023-cü ilədək uzatmaqla bağlı razılığa yaxın olduğu bildirilirdi. Onun klubla hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB