TOP 10

“Napoli”də ciddi itki

Dünya Futbolu
Tarix: 2020-07-03 19:00

İtaliya A Seriyasının 29-cu turu çərçivəsində “Atalanta”ya 0:2 hesabıyla məğlub olan “Napoli” ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Neapol klubunun qapıçısı David Ospina ciddi zədə alıb.
 

Oyunun 30-cu dəqiqəsində başından zədə alan qapıçı, görüşü davam etdirə bilməyib və meydanı xərəkdə tərk edib. Onu komandanın digər qapıçısı Aleks Meret əvəzləyib.


Ospinanın A Seriyasının növbəti turunda keçiriləcək “Roma” ilə oyunda iştirakı şübhə altındadır.


“Napoli” – “Roma” görüşü iyulun 5-də keçiriləcək.

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB