TOP 10

Xavi "Barselona"nın yeni baş məşqçisi olacaq

Dünya Futbolu
Tarix: 2020-07-03 14:30

"Barselona" yeni mövsüm üçün baş məşqçisini müəyyənləşdirib. Sport24.az xəbərverir ki, Xavi Ernandes uzun illər çıxış etdiyi, kapitanı da olduğu Kataloniya təmsilçisinin yeni baş məşqçisi olacaq. Bu barədə "Mundo Deportivo"nun jurnalisti Fransesk Agilar məlumat verib.

 

Hazırda Qətərin "Əl Sadd" komandasına rəhbərlik edən 40 yaşlı ispaniyalı mütəxəssis mövsüm başa çatanda hazırkı baş məşqçi Kike Setyeni əvəzləyəcək. "Barselona"nın prezidenti Xosep Bartemeu Xavi ilə danışıqlardan əvvəl futbolçularla məsləhətləşdiyi vurğulanıb. 

 

Qeyd edək ki, Xavi 1998-2015-ci illərdə "Barselona"nın formasını geyinərək heyətində çoxsylı titullar qazanıb. O, həm Avropa, həm də dünya çempionudu. 

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB